Çılpaq kişi meydançaya çıxdı, oyun dayandırıldı
"Qranada - Mançester Yunaytded" oyunu zamanı qalmaqal baş verib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, UEFA Avropa Liqasının finalında keçirilən "Qranada - Mançester Yunayted" oyununun 6-cı dəqiqəsində qəfildən çılpaq bir kişi meydançaya çıxıb. Nəticədə oyun bir neçə dəqiqəliyə dayandırılıb.
Mühafizəçilər dərhal hadisəyə müdaxilə edərək, tamam çılpaq olan kişini saxlayıb, meydançadan uzaqlaşdırıblar.
Qeyd edək ki, tamaşaçısız keçirilən oyun Markus Raşfordun 31-ci dəqiqədə vurduğu qol ilə 1-0 "MY"-nin xeyrinə bitib.