DİN ölümcül qəza ilə bağlı ilkin versiyanı açıqladı
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.
Qeyd edək ki, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.