Bakıda qadın müəllimlərin törətdiyi qətl – DƏHŞƏTLİ hadisəyə səbəb nə idi?
Professor Qüdrət Tahirli və həkim Zərnişan Əlibəyli qohumlarının və tanışlarının həsəd apardığı bir cütlük idi.
Ömürlərinin ikinci baharlarını birlikdə yaşayan bu cütlük ahıl yaşında həm imkan, həm də xoşbəxtlik baxımdan çoxlarına nümunə ola bilərdilər. Lakin həmin oktyabr axşamı ailəyə dəhşətli bir zərbə dəyir. Ahıl cütlüyün evdə tək olduğundan istifadə edən qatil və ya qatillər içəri girir, hər ikisini amasızlıqla qətlə yetirir, evdə nə varsa, götürüb gedirlər. Lakin onlar elə sanırlar ki, ömürlərinin son illərini yaşayan bu şəxslərin hər ikisi küt alətlə aldıqları zərbələrdən ölüb.