Qəzaya uğrayan avtobusda iki sərnişin həlak olub, bir neçəsi isə xəsarət alıb- RƏSMİ
Azia.az bildirir ki, yayılan məlumatlarda hadisənin Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verdiyi bildirlib. Qeyd olunub ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törətməsi nəticəsində iki sərnişin həlak olub, bir neçə nəfər xəsarət alıb.
Lakin AYNA-dan Modern.az-a verilən məlumata görə, 122 saylı marşrut xətti göstərilən ərazidən keçmir. Qurum hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Hazırda hadisənin detalları və qəzanın hansı marşrut xəttinə aid avtobusla bağlı olduğu dəqiqləşdirilir.