azia.az
azia.az

Bir ailənin 4 üzvü pomidordan zəhərləndi – DİQQƏT!

8-12-2025, 22:38

Bərdədə 4 nəfər qidadan zəhərlənib.

Azia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza, oğlu Şəmistan və onun arvadı Təhminə yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi