ORDUMUZA AİD hərbi avtomobil aşdı-TƏCİLİ
İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda aşan “Kamaz” markalı avtomobil Azərbaycan Ordusuna aid olub. Xəbər verilir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hadisə “Mersedes” markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.