Özünə QƏSD EDƏN PROFESSORLA bağlı daha bir AÇIQLAMA- Yeni rəhbər...
“Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb” .
Bunu Oxu.az-a Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib.
O qeyd edib ki, Nəsib həkimin çalışdığı “Birinci uşaq xəstəlikləri kafedrası” ilə heç bir problemi olmayıb.
“Xəbəri alanda kafedrada hamımız şok olduq. Əvvəlcə inanmaq istəmədik, yalan olduğunu düşündük. Çünki çox hörmət etdiyimiz, mehriban bir insan idi. Kafedra müdirimiz Rauf müəllimlə də dostdurlar.
Qohumlarının iddia etdiyi “yeni rəhbərlikdən inciməsi” məsələsinə gəlincə, qeyd edim ki, bizim kafedrada heç bir yeni rəhbər təyinatı olmayıb.
Nəsib həkim K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) işləyirdi və yeni rəhbər təyinatı orada olub”.
Nəsib həkimin hazırkı iş yeri K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, sorğumuz cavabsız qaldı.