azia.az
azia.az

"Tktok"çu öldürüldü-YEVLAXDA DƏHŞƏT, ANBAN VİDEO

13-11-2023, 08:11

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov  Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.
 
Qeyd edək ki, öldürülən şəxs TikTok-un aktiv istifadəçisi olub.
 
O, həmin sosial şəbəkədə daha çox "azəri canavar” adı ilə tanınıb.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi