azia.az
azia.az

İstirahət mərkəzində yanğın-TƏFƏRRÜAT

3-08-2023, 08:58

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi