azia.az
azia.az

Eşşək 41 yaşlı kişinin qulağını qopardı

6-06-2023, 19:08

Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.

 

Azia.az xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində baş verib.

 

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.

 

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.

 

Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

 

Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.(Report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi