azia.az
azia.az

Şəhid qardaşının həyat yoldaşını...-DƏHŞƏT

13-05-2023, 19:40

Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi