azia.az
azia.az

Otelə göndərilən azərbaycanlı qızlar polisə zəng etdi...

25-02-2023, 16:43


İnsan alverində təqsirləndirilən Qubadlı rayon sakini, 1962-ci il təvəllüdlü Məsdan Dadaşovanın məhkəməsi başa çatıb.

Azia.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmədə bildirilib ki, Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək Sumqayıtdan Könül, Günel və Günay adlı 3 qızı aldadaraq yaşadığı Türkiyənin Aksaray şəhərinə aparıb. O, həmin qızları Türkiyədə gəlirli işlə təmin edəcəyini bildirərək aparıb və onları kirayə tutduğu evdə yerləşdirib. Qızların sənədlərini ələ keçirən Məsdan daha sonra onları hədələyərək və çıxılmaz vəziyyətə salaraq fahişəliyə məcbur edib və müxtəlif şəxslərlə görüşərək pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. Məsdan Dadaşov insan alveri əməllərini özünün yaşadığı pansionatda da davam etdirib və qızları müştərilərlə orada da görüşdürüb.

Qızlardan ikisi daha sonra Məsdan tərəfindən otelə göndərilərkən oradan polisə zəng edib. Onlar insan alveri qurbanı olduqlarını bildiriblər və polisin köməkliyi ilə Türkiyədən Azərbaycana deportasiya ediliblər. Digər qız isə Məsdanın yanında qalıb və onun təşkilatçılığı ilə hər gün azı 4 nəfərlə görüşərək cinsi əlaqədə olub. Lakin həmin qız da sonradan Azərbaycana qayıdıb və Məsdanın əməlləri barədə məlumat verib.

Bundan sonra Məsdan Dadaşov barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb. O, ötən ilin mart ayında tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə M.Dadaşov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına hökm edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi