azia.az
azia.az

200 min manat mənimsəmədə təqsirləndirilən vəkil məhkəməyə məcburi gətiriləcək

25-02-2023, 16:41


Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

APA-nın xəbərinə görə, Sümbülə Əliyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılır. Lakin təqsirləndirilən şəxs ardıcıl 8 iclasdır məhkəməyə gəlmir.

Əldə etdiyimiz məlumata görə, məhkəmə tərəfindən Sümbülə Əliyeva barəsində məhkəmədən yayındığı üçün məcburi gətirilmə qərarı çıxarılıb.

Təqsirləndirilən şəxsin məhkəmədə iştirakını təmin etmək polisə həvalə olunub.

Qeyd edək ki, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.

İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi