Hərbçimiz həlak oldu
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub. Bu barədə məlumatı MN-yi yayıb.
"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.