azia.az
azia.az

Paytaxtın şirniyyat mağazasında iyrənclik - Siçovul keksin üzərində gəzir - VİDEO - YENİLƏNİB

21-12-2022, 07:55


"Qeyd olunan məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb".

Bu barədə BAKU.WS-ə AQTA-nın mətbuat xidmətindən açıqlama verilib.

"Məlumat sosial şəbəkədən götürülüb, hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək", - deyə qurumdan bildirilib.

*** 10:55

Paytaxtda şirniyyat mağazasında məhsulların üzərində siçovul gəzir.


Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Məlumata görə, görüntülər lentə alınan "Balaca" şirniyyat evi metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşir.

Şikayətçi iddia edir ki, mağaza işlək vəziyyətdədir və burada ev şirniyyatları satılır. Hansı ki onların da üzərində siçovullar gəzir.

Görüntülərlə bağlı BAKU.WS sözügedən satış obyekti ilə əlaqə saxladı. Buradan bizə bildirildi ki, həmin video montajdır.

Lakin mağaza əməkdaşı eyni zamanda həmin satış yerinin artıq bağlandığını da vurğuladı:

"Həmin videodan sonra biz dükanı bağladıq. İndi də videonu montaj edənləri axtarırıq. Bizim dükanımızda siçan girə biləcək yerlər yoxdur. Heç videodakı şirniyyatlar da dükanımızda satılmır. Çox güman, bunu edən bizə qarşı pis niyyəti olan biridir".



VİDEO


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi