azia.az
azia.az

Azyaşlını döyən polis işdən çıxarıldı

15-12-2022, 13:32


Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, 2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.

Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Yevlax şəhərində Sahib Əliyev adına 1 saylı orta məktəbdə məktəbin 4-cü sinif şagirdi olan Cavid sinif yoldaşı 2013-cü il təvəllüdlü Tunar Anar oğlu Kamranlı ilə dalaşıb.

Cavidin atası, Yevlax şəhər Polis şöbəsinin təhqiqatçısı Vüsal Hüseynov övladına boğazından xəsarət yetirib, başını yazı taxtasına, partaya və döşəməyə vurub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi