İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin regional bölməsinin rəisinin ölkədən çıxışına qadağa qoyulur.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qurumun Quba-Xaçmaz regional bölməsinin rəisi Yolçuyev Kamran Hətəməli oğlunun vergi borcu və vergi məsələləri ilə bağlı problemləri olduğuna görə ölkədən çıxışına məhdudiyyət qoyulması üçün Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunub.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Kamran Yolçuyev faktı təsdiqləyib: "14 il əvvəl bir firmanın rəhbəri idim. Artıq ordan ayrılmışam və indiki işimlə məşğulam. Bu məsələdə yanlışlığa yol verilib. Hazırda araşdırma aparılır və yaxın günlərdə öz həllini tapacaq”.