azia.az
azia.az

"Teleradio"nun rəhbəri işdən çıxdı - Yeni təyinat

9-12-2022, 17:00


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.

O, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq fakt təsdiq edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi