İddiaya görə, həkim müayinə üçün qəbul etdiyi qadının şikayətini dinləyib. Bu vaxt qadın ərinin də içəri girməsini xahiş etsə də, həkim razı olmayıb.
Bu səbəbdən qadın “kişi həkimin müayinəsindən keçmək istəmirəm” - deyərək çölə çıxıb. Bir müddət sonra qadın və həyat yoldaşı həkimin yanına qayıdaraq qapının qarşısında mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadının əri yumruq ataraq həkimin burnunu sındırıb. Həkim qadının ərini şikayət edib və o, hadisə yerində saxlanılıb.