azia.az
azia.az

Goranboyda vəzifəli şəxs adam vurub? - AÇIQLAMA

29-11-2022, 13:40


Goranboyda sərxoş sürücünün piyadanı vurduğu iddia edilir. 

Azia.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Dəliməmmədli şəhərinin girişində baş verdiyi qeyd edilib.

Belə ki, iddia edilir ki, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə rayonun Qaradağlı kənd sakinini maşınla vurub. Hadisə zamanı piyada hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır. 

Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabr ayının 27-də Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub:

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi