Orta məktəbdə oğurluq: "Təzə “kalqotka”lar, ətir, pul yoxa çıxıb" - SƏS YAZISI
Azərbaycanda orta məktəblərin birində oğurluq baş verib.
AMİA.AZ xəbər verir ki, bununla bağlı həmin məktəbin müəlliminin səs yazısı yayılıb.
Hansı məktəb olduğu açıqlanmayan təhsil müəssisəsində qadın müəllim "Müəllimlər otağı"ndan bir neçə dəfə oğurluq edildiyini deyir: "Təzə “kalqotka”lar, ətir, pul və s. yoxa çıxıb".
Müəllim səs yazısında həmkarlarından "Müəllimlər otağı"na kamera qoyulması üçün kömək istəyir.
Səs yazısını təqdim edirik: