azia.az
azia.az

Nazirlik MƏLUMAT YAYDI - Azərbaycanda 20 nəfər TUTULDU

25-10-2022, 13:58


23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sfera.az-a verilən məlumata görə, Xidmət tərəfindən vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, yeni nəsil nəzarət-kassa aparatlarına aid çeklərin satışını həyata keçirərək yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdarda gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markaları ilə markalanmalı olan məhsulların (malları), belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə edilməsi istisna olmaqla, satış məqsədilə saxlanılması, idxalı, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəmi 435 cinayət işi başlanılıb.

 

İstintaqı tamamlanmış 132 cinayət işindən 62 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 11,9 milyon manat ödənilib.

 

2022-ci ilin 9 ayı ərzində ümumilikdə 23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

 

2022-ci ilin 9 ayı ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 114 vergi ödəyicisində 197 nəzarət tədbiri həyata keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 271 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 1,9 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,2 milyon manat vəsait ödətdirilib.

 

Hesabat dövründə cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib. İbtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi