3 qadın və 1 kişi saxlanılDI-ZƏRDABDA DƏHŞƏT
Zərdab polisi rayon ərazisindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən Yevlax sakinlərini - 3 qadın və 1 kişini saxlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Zərdab Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən 4 nəfər, Yevlax sakinləri - Kərimova Aidə Alxan qızı, Mustafayeva Züleyxa Elman qızı, Mustafayeva Samirə Paşa qızı və əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Mustafayev Bəhruz Arif oğlu saxlanılıblar.
Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərin mağazalardan oğurladıqları geyim əşyaları və digər əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.