azia.az
azia.az

Sabiq deputatın şirkəti dövlət qurumunu məhkəməyə verdi

18-10-2022, 14:27


"Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib. 

Azia.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "Karat Holdinq”MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Noyabrın 14-nə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir.

"Karat Holdinq” MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur.

Holdinq özündə 10-dan çox şirkəti birləşdirir. Mediada gedən məlumatlara görə, "Karat Holding"ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri), "Azinvest" Tikinti Şirkəti, "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı), "Karmen" MMC (dəyirman və un alğı-satqısı), Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki, ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), Gəncə Fatoğlu (un dəyirmanı), Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli, Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran, Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" Binası, Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir.

"Karat Holdinq”in keçmiş deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Məlumatlara görə, şirkətin qanuni təmsilçisi İqdam Umudov keçmiş deputatın qohumudur.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Əsabil Qasımov IV çağırış Milli Məclisin deputatı olub. O, 79 saylı İmişli seçki dairəsindən mandat qazanıb. 

Bu ilin iyun ayında isə "Azərbaycan Dəmir Yolları” QSC "Karat Holdinq”i məhkəməyə vermişdi. QSC iddia edirdi ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından "Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşüb. Məhkəmə çəkişməsinin nəticəsi barədə məlumat yoxdur. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi