Bakı şəhəri Nizami rayonu, “Bakcell arena” stadionunun qarşısında dözülməz mənzərə yaranıb.
Bu barədə
Bakupost.az –a ünvanda yaşayan sakinlər şikayət ediblər.
Onlar bildirirlər ki, 3 gündür qeyd olunan ərazidə kanalizasiya borusu partlayıb:
“Bəhruz Nuriyev15/9, Naxçıvanski 8A-nın həyətini kanalizasiya suyu basıb. İyidən, qoxudan, zir-zibildən həyətə girmək olmur. Artıq 3 gündür ki, belə iyrənc mənzərə ilə qarşılaşırıq. Heç kimin vecinə də deyil. Gəlib baxan yoxdur”.