"Qəza nəticəsində avtomobilimə 5-6 min manat ziyan dəyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Namiq Fərhadoğlu Bakının Nizami rayonunda baş verən yol-nəqliyyat hadisəsindən danışarkən deyib.
Onun sözlərinə görə, baş verən qəza ilə bağlı qərar çıxarılacaq:
"Xəsarət almamışam, işıqforda dayandığım yerdə arxadan sürətlə maşınımı vurublar, bir neçə maşın bir-birinə dəyib, hazırda iş polisdədir. Maşının arxa tərəfi yoxdur. Avtomobilimə dəyən ziyan ödənməlidir. Yaxşı qurtardım, amma başqa maşınlarda olan şəxslər xəsarət alıblar”.
Qeyd edək ki, dünən axşam Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Babək prospektində qeydə alınıb. "Azsamand" markalı nəqliyyat vasitəsi Aşıq Namiq Fərhadoğlu işıqforun qırmızı işığında dayanan zaman sürətlə onun idarə etdiyi avtomobilə çırpılıb.