Avtobusda boru partladı, QADIN sərnişin yandı - Azərbaycanda
Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.
Gundem.az xəbər verir ki, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.