azia.az
azia.az

Bulvarda QƏZA: sabiq polis rəisi faciəli şəkildə öldü

11-10-2022, 11:30


Suqmayıtda yol qəzasında dünyasını dəyişən piyada ilə bağlı detallar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə. hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.


***
Saat: 09:53

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi