Bakıda restoranda dava: Xəsarət alan var
Bakıda restoranda qardaşlar dava salıb, xəsarət alan var.
Qazet.az əldə etdiyi məlumata görə, hadisə oktyabrın 6-sı saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.
Belə ki, Məmmədov Təbriz Əmirxan oğlu qardaşı Nicat Məmmədovla birlikdə restoranda Mustafayev Sirac Xeyrulla oğluna yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.