General Səfər Mehdiyevin daha bir adamını işdən çıxardı (FOTO)
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Əjdər Abdullayev Komitənin Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Qeyd edək ki, Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.