Döyülən şagirdin atası və anası danışdı: “Deyəsən, özüm fikirləşməli olacam…”
Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.
Savash.org xəbər verir ki, döyülən şagirdin valideynləri Baku TV-yə danışıblar.
Açıqlama zamanı şagirdin atası Namiq Zeynalov məsələ ilə bağlı nazirliyə şikayət etdiyini bildirib:
“Nazirliyin gördüyü tədbirdən razı deyiləm. Nazirlik düzgün tədbir görməsə, mən fikirləşməli olacam. Şifahi töhmət yazılıb. Uşaq da qalıb məktəbdə oxuyur”.
Şagirdin anası Səidə Zeynalova:
“İctimailəşib, gedib bütün məktəblərin təlim-tərbiyyəsini təmin etsinlər. Mən heç nə demirəm”.
Şagirdin nənə və babası isə məsələdən görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəbər tutduqlarını bildiriblər.