azia.az
azia.az

Bakıda DƏHŞƏTLİ HADİSƏ - Akademiyanın tələbəsi və əməkdaşı öldü

23-09-2022, 16:26


Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.

Xəbər verilir ki, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.

Belə ki, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zaman yolu keçmək istəyən Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Ə.Mikayılovanı və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Mikayılova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi