UTX-nin keçmiş rəhbəri SAXLANILDI
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə keçmiş rəhbəri Roman Dudin dövlətə xəyanətdə və xidmət yerini tərk etməkdə şübhəli bilinərək saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 29-da Roman Dudini vəzifəsində səhlənkarlığa yol verdiyinə görə işdən çıxarıb.
Onun sözlərinə görə, UTX-nin keçmiş rəhbəri müharibənin ilk günlərində şəhərin müdafiəsi üçün çalışmaqdansa, yalnız öz maraqlarını düşünüb.
İşdən çıxarıldıqdan sonra onun yerinə iyulun 19-da Aleksandr Kuts təyin olunub.