azia.az
azia.az

"118 B" nömrəli avtobusda ÖZBAŞINALIQ - sərnişinlərə qarşı... (VİDEO/FOTO)

31-08-2022, 17:52

"118 B" nömrəli avtobusda ÖZBAŞINALIQ - sərnişinlərə qarşı... (VİDEO/FOTO)
Bakının Sabunçu rayonunda "118 B" marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda yaranan problemlər sərnişinlərin ciddi narazlıqlarına səbəb olur.

32gun.az-a marşrut xətti üzrə yaranan problemlərin artması ilə bağlı şikayət daxil olub.

Belə ki, avtobus sayının az olması bir yana, vaxt intervalının düzgün tənzimlənməməsi, avtobusdan istifadə edən sərnişinləri çaş-baş salır, bu da öz növbəsində bir çox insanın gedəcəyi ünvana vaxtında çatmaması ilə nəticələnir. Eyni zamanda avtobuslardakı natəmizlik halları - avtobusun salonunun, oturacaqların çirkli olması ciddi sual doğurur.

Daxil olan şikayətdə həmçinin bildirilir ki, avtobus sürücülərinin bəziləri, şərnişinlərlə etik davranış qaydalarına riayət etmir və onlara qarşı kobud ifadələr işlədir. Ödəniş haqqının ödənilməsi zamanı bir sıra ciddi narazılıqlar yaranır. Belə ki, ödəniş üçün 5 manat verən sərnişinə sürücü narazılıq bildirir, xırda pul verməsini tələb edir, istəyinə çatmayanda isə kobud rəftar edir.

Həmçinin sərnişinlər əvəzinə edilən ödənişi sürücüyə sübut etməkdə çətinlik çəkirlər. Şikayətçinin sözlərinə görə, bu kimi hallarda yerinə pul verilməsinə baxmayaraq, ödənişi yenidən edərək avtobusu tərk edirlər.

Xatırladaq ki, sözügedən avtobusda sərnişinlə sürücü arasında dava düşməsi barədə də mətbuatda məlumatlar getmişdi.

https://t.me/xeber32gunaz/299


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi