DSX təcili MƏLUMAT YAYDI: Xəbərdarlıq atəşi açıldı - FOTOLAR
Avqust ayının 27-də saat 00:05-dəAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindədövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sfera.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olmasıvə relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.
Faktüzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.