Azərbaycanda DƏHŞƏT: Dəfn üçün rayona aparıldı, dirildiyini dedilər
Bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
Azia.az xəbər verir ki, yol qəzası nəticəsində ağır xəsarət alan və Bakıdakı “Avrasiya” klinikasında öldüyü bildirilən Zərdab rayon Məmmədqasımlı kənd sakini, 39 yaşlı Həzi Əhmədov dəfn edilməsi üçün doğulduğu rayona aparılıb. Klinikaya məxsus tibbi yardım avtomobili ilə rayona aparıldıqdan sonra yaxınları H.Əhmədovun nəfəs aldığını, gözlərini açıb onlara baxdığını bildiriblər və təcili xəstəxanaya çatdırılmasını xahiş ediblər. H.Əhmədov dərhal təcili tibbi yardım maşını ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin burada tibbi heyət onun artıq vəfat etdiyini bildirib. Bundan sonra H.Əhmədovun qohumları xəstəxanada səs-küy salaraq onun həyatının xilas edilməsini tələb ediblər.
İnsidentin böyüdüyünü görən xəstəxana işçiləri polis dəvət ediblər və qohumlar polis şöbəsinə aparılıb. Onlardan 37 yaşlı S.Əhmədova inzibati protokol tərtib edilib və o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.
H.Əhmədovun yaxınları onun ölümündə həkimləri ittiham ediblər. Onlar iddia ediblər ki, Bakıdan gələn həkimlər Həzinin qoşulduğu oksigen aparatından tezliklə ayrılmasını tapşırıblar və paytaxta qayıtmaq istəyiblər.
Qeyd edək ki, mərhum 3 uşaq atası olub. O, Xaçmazda baş vermiş yol qəzasında ağır xəsarət alıb və daha sonra Bakıya çatdırılıb.(Qafqazinfo)