Azərbaycanda bu sahibkarların ölkədən çıxışına qadağa qoyuldu — Aralarında əcnəbi də var
Azərbaycanda vergi borcu olan daha bir neçə nəfərin ölkədən çıxışına qadağa qoyulub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar Orxan İlham oğlu Alışov, Rəhim Həsənbala oğlu Əkbərov, Rüstəm Rafailoviç Əhmədov, Təbriz Abdulla qızı Allahverdiyeva, Elxan Faiq oğlu Cabbarov, Rail Ağaverdi oğlu Seyfullayev və Vidadi Bəhlil oğlu Quliyevdir.
Onların barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim olunub.
Hakim Ülkər Həsənovanın sədrliyi ilə baş tutan iclasda ərizə təmin olunub. Orxan Alışov, Rəhim Əkbərov, Rüstəm Əhmədov, Təbriz Allahverdiyeva, Elxan Cabbarov, Rail Seyfullayev və Vidadi Quliyevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən daha bir neçə vergi borcu olan şəxsin ölkədən müvəqqəti çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə təqdim olunan ərizəyə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılıb.
Məhkəmə Reyhan Həsənəli qızı İbrahimova, Bux Rasool, Mehdi Ramazan oğlu Mehdiyev, İsmayıl Elya oğlu Quliyev, Nəriman Salman oğlu Məmmədov və Pərviz Aslan oğlu Rzayevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyub.
Qeyd edək ki, məhkəmənin qətnaməsi ilə ölkədən çıxışına qadağa qoyulan sahibkarlar və fərdi işçilər arasında əcnəbi vətəndaş da var. Bu Bux Rasooldur və "Zu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Bux Rasoolun dövlət büdcəsinə ümumilikdə 5796,74 manat borcu var.