azia.az
azia.az

24 il əvvəl törədilən qətlin üstü açıldı

27-07-2022, 16:14

24 il əvvəl törədilən qətlin üstü açıldı
Bakıda Balıq hisləmə zavodunda 24 il əvvəl törədilmiş qətlin detalları üzə çıxıb.
Nəsimi rayon prokurorluğundan "Kriminalqafqaz"a verilən məlumata görə, 1998-ci il aprelin 26-da zavodda usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə Nəsimi rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlədib. O, hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
İstintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən məsuliyyətə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova yenidən ittiham elan edilib, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi