azia.az
azia.az

Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı

9-06-2022, 10:37

Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı
Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Şirvan Araz zavodu”nda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb.

Məlumata görə, dünən saat 13:30-da zavodun poliqonunda baş vermiş partlayış nəticəsində baş konstruktor 1986-cı il təvəllüdlü Razi Almazovun xəsarətlər alması ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, partlayış yeni seriyası istehsal edilmiş və şərti adı “Maral” olan minaatan mərmisinin sınağı zamanı baş verib. Mərmi 60 mm-lik HM14 tipli minaatana daxil edilərkən lülə hissəsində partlayış olub. Bu zaman baş konstruktor R.Almazov xəsarətlər alıb. Sınaq prosesində iştirak edən zavodun baş mühəndisi Saməddin Səfərov onu xəstəxanaya çatdırıb.

Araşdırmalar davam etdirilir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi