Azərbaycanda polis xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən vəfat etmişdir
Azərbaycanda polis ehtiyatsızlıqdan özünü öldürüb.
Azia.az-a DİN Mətbuat Xidmətindən bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət almışdır.
Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılmış, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat etmişdir.