azia.az
azia.az

SON DƏQİQƏ: Sumqayıtda daha bir zavodda dəhşətli yanğın başlayıb

17-05-2022, 11:38

SON DƏQİQƏ: Sumqayıtda daha bir zavodda dəhşətli yanğın başlayıb
Hazırda yanğınsöndürmə işləri davam etdirilir
Sumqayıtda sexdə yanğın başlayıb.

Bu barədə Azia.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhər ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi