azia.az
azia.az

Mərkəzi Bank sabiq deputatın daha bir oğlunu məhkəməyə verdi

14-05-2022, 19:19

Mərkəzi Bank sabiq deputatın daha bir oğlunu məhkəməyə verdi
Azərbaycan Respublikasının Mərkəzi Bankı sabiq deputatın daha bir oğlunu məhkəməyə verib. Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank Qəribov Elnur Fərhad oğlu və Şirinov İsmayıl İnqilab oğlu ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bank həmin şəxslərdən mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə maddi ziyanın ödənilməsini edir. İş hakim Fuad Babayevin sədrliyinə verilib. Məhkəmənin hazırlıq iclası mayın 12-də keçirilib. Qeyd edək ki, bank tərəfindən məhkəməyə verilən Elnur Qəribov iş adamı, sabiq deputat Fərhad Qəribovun oğludur. Xatırladaq ki, 2017-ci ildə F.Qəribovun digər oğlu Zöhrab Qəribovun Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən məhkəməyə verilmişdi. Belə ki, AMB 2007-2008-ci illərdə Z.Qəribova məxsus "Debüt Bank”a verilən 7 milyon manatdan kreditdən qalan təxminən 4 milyon borca görə Səbail rayon məhkəməsinə müraciət etmişdi. Mərkəzi Bank həmin zaman kreditlər üçün yüklü edilən Əhməd Rəcəbli 38a ünvanında yerləşən obyektin hərraca çıxarılaraq satılmasını və əldə edilən puldan borcun ödənilməsini istəyib. Məhkəmə də iddianı təmin edib. Həmin ünvanda da Qəribovlara məxus məşhur "Şəki” restoranı yerləşib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi