azia.az
azia.az

Bakıda polisə SİLAHLI HÜCUM: Ayağından güllələndi... - TƏFƏRRÜAT

29-04-2022, 10:49

Bakıda polisə SİLAHLI HÜCUM: Ayağından güllələndi... - TƏFƏRRÜAT
Aprelin 29-na keçən gecə saat 02.50 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.

Bu barədə Azia.az DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xəbərə görə, orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirmişdir.

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılmış, qısa zaman ərzində onun yeri aşkar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələmişdir. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açmışdır.Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalamışdır.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirmişlər.

Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi