azia.az
azia.az

Azərbaycanda yüksək vəzifəli generala ağır itki - FOTO

23-04-2022, 10:27

Azərbaycanda yüksək vəzifəli generala ağır itki - FOTO
Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.

Azia.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib.
Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.

Fazil Həsənəliyev isə daha əvvəl Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi