azia.az
azia.az

Oğlu intihar edən sahibkar həbs edildi (SƏBƏB)

7-04-2022, 14:21

Oğlu intihar edən sahibkar həbs edildi (SƏBƏB)
Ötən ilin may ayında Bakıda oğlu intihar edən sahibkar həbs edilib.

MİR avtosalonun sahibi Məhərrəm Əhədov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə həbs olunub.

M.Əhədov barəsində artıq aprel ayının 5-də 3 ay müddətinə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda vergidən yayınma və dələduzluqda ittiham edilir.

Məhərrəm Əhədovun biznes ortaqlarına milyonlarla borcu olduğu üzə çıxıb.

M.Əhədov Bakıda və bir sıra yerlərdə özünə və ailəsinə məxsus şəxsi mülkləri, biznes obyektlərini satsa da, öhdəliyində olan borcları tam ödəyə bilməyib.

Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi