azia.az
azia.az

“Toyda yeyib-içəndən sonra yarışa çıxıblar…” – İcra başçısı və müavinin maşınları ağır qəza törətdi

31-03-2022, 17:07


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun müavinlərinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.
“Toyda yeyib-içəndən sonra yarışa çıxıblar…” – İcra başçısı və müavinin maşınları ağır qəza törətdi

Həmin rayonundakı mənbələrimiz hadisənin təfərrüatı barədə Azinforum.az-a aşağıdakıları söyləyiblər:

“İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səkiyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub.
“Toyda yeyib-içəndən sonra yarışa çıxıblar…” – İcra başçısı və müavinin maşınları ağır qəza törətdi
Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır. Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısı hazırda rayonda deyil. Onun məhz bu hadisəyə görə Bakıya çağrıldığı bildirilir.

Hadisə yerindən çəkilən eksklüziv fotoları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi