azia.az
azia.az

Öz seçdiyi qız ilə evlənmək istədiyi üçün ailəsi gözlərini qaşıqla çıxardı

23-03-2022, 22:32

Öz seçdiyi qız ilə evlənmək istədiyi üçün ailəsi gözlərini qaşıqla çıxardı
Sevdiyi qız ilə evlənmək istəyən gənc oğlan heç gözləmədiyi reaksiya ilə qarşılaşıb. Pakistanda yaşayan Abdul Baqinin gözlər ailəsi tərəfindən çıxarılıb. 22 yaşlı gənc evlənmək istədiyi qıza evlilik təklifi edib. Xəbər tez bir zamanda ailənin qulağına çatıb. Atası 70 yaşlı Dost Məhəmməd və 4 qardaşı gənci bir otağa salaraq qaşıqla gözlərini çıxarıblar. Hətta ailə ananın işə qarışmaması üçün onu ayrıca bir otaqda kilitli saxlayıblar. Gənc oğlan hadisəni belə xatırlayır: “Atam ilk olaraq mənimlə razılaşdı, lakin 3 saat sonra qardaşlarımla birlikdə atam məni bir otağa apardı və orada gözlərimi çıxarmağa başladılar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi