azia.az
azia.az

Dünya çempionu Zaur Yusifov öldürüldü - “Emin 444”ün qətlində ittiham olunurdu

15-03-2022, 07:36



Bakıda kriminal avtoritet "Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.
Dünya çempionu Zaur Yusifov öldürüldü - “Emin 444”ün qətlində ittiham olunurdu
Azia.az xəvər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən bir saat əvvəl baş verib.

Paytaxtın Nəsimi rayonu 6-ci mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən "Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib.

Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fotoda "Emin 444” ləqəbli Emin Səfərov
Dünya çempionu Zaur Yusifov öldürüldü - “Emin 444”ün qətlində ittiham olunurdu
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi