azia.az
azia.az

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovdan XƏBƏR VAR

25-02-2022, 11:44

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovdan XƏBƏR VAR
"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib. Onun vəkilləri birinci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarını bildirib, müvəkkillərinə bəraət verilməsini istəyib, bu barədə İlqar İsmayilovun anası Solmaz İsmayılova bildirib.

İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, "İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. "İDEAL”-ın idarəçiləri 2020-ci ildə "Sabina” Mağazalar Şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib.

Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir.

Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi