azia.az
azia.az

Bakıda baldızını və uşaqlarını öldürən müəllimin FOTOSU YAYILDI

21-02-2022, 14:34

Bakıda baldızını və uşaqlarını öldürən müəllimin FOTOSU YAYILDI
Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib.

Qaynarinfo uzun illər müəllim işləyən Əhəd Əliyevin fotosunu təqdim edir:

Bakıda baldızını və uşaqlarını öldürən müəllimin FOTOSU YAYILDI
Qətlə yetirilən 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bu gün Sabirabadda dəfn ediləcəklər. Xaricdə ticarətlə məşğul olan Gülnar Qaraxanovanın həyat yoldaşı ailəsinin dəfnində iştirak etmək üçün vətənə dönüb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb. O, polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi